Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Avropa İttifaqı (Aİ) Gürcüstandakı hökumət əleyhinə etiraz aksiyalarını üzv ölkələrin Ermənistandakı səfirlikləri vasitəsilə maliyyələşdirir. Hər iştirakçıya 120 avro pul ödənilir”. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Bildirilib ki, bununla jurnalistlər, bloqerlər, IT-mütəxəssislər və əməkçi miqrantlar arasında hökumətin siyasətinə zidd əhval-ruhiyyə formalaşdırılır. İddiada qeyd olunur ki, bloqerlərə 50 min avroyadək vəsaitin ayrılması nəzərdə tutulub. Avropa İttifaqı etirazların aktivləşdirilməsi vasitəsilə Gürcüstanı “demokratiya və Avrointeqrasiya” yoluna qaytarmaq istəyir”.