2 Sentyabr 2025 / 20:38

Avropa İttifaqı Pakistanın daşqın faciəsinə görə 1 milyon avro ayırdı

Avropa dağıdıcı daşqınlar fonunda Pakistanın yanındadır.

“Tezadlar” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

O, Aİ-nin təbii fəlakətdən zərər çəkən Pakistana maddi dəstək göstərəcəyini bəyan edib:

“Mən az əvvəl Pakistan Xarici işlər naziri İshaq Dar ilə danışaraq insan tələfatı ilə nəticələnən faciə ilə bağlı başsağlığımı çatdırdım.

Avropa İttifaqı səhiyyə xidmətlərini, su və sanitariya sahəsini dəstəkləmək, eləcə də zərərçəkənlərə yardımı məqsədi ilə Pakistana bir milyon avro ayırır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!