17 Sentyabr 2025 / 11:22

Avropa Parlamentinin sədri Kiyevə gəldi-GÖZLƏNİLMƏDƏN

Avropa Parlamentinin sədri Roberta Metsola bu gün sentyabrın 17-də səhər saatlarında Kiyevə gəlib. Tezadlar.az “European Pravda”ya istinadla bildirir ki, Metsola X sosial şəbəkəsindəki statusunda belə yazıb: “Növbəti dayanacaq: Kiyev”.
O, həmçinin gəldiyi “Ukrzaliznytsia” qatarının fonunda bir fotoşəkil də yayımlayıb. Səfərin proqramı hələlik məlum deyil, lakin deputat Yaroslav Jeleznyak bildirib ki, Metsolanın Ali Radada çıxış edəcəyi gözlənilir. Bu yaxınlarda Böyük Britaniyanın yeni xarici işlər naziri İvet Kuper də Kiyevə səfər edib. Sonra prezident Vladimir Zelenski Britaniyanın Rusiyaya qarşı son sanksiyalar paketinə və qışa hazırlıq üçün 142 milyon funt sterlinq ayrılmasına görə təşəkkür edib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!