8 Oktyabr 2025 / 14:51

Avropa Ukraynanın hərəkətlərini qitə üçün təhlükə adlandırır

Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) atəşə tutulması bütün Avropa qitəsi üçün təhlükə yaradır.

Tezadlar.az xəbər verir ki, Finlandiyanın “Azadlıq Alyansı” milli-mühafizəkar partiyasının üzvü Armando Mema bu barədə sosial media platformasında bildirib.

“Biz Ukraynaya dəstək veririk və indi o, atom elektrik stansiyalarına məsuliyyətsiz hücumları ilə bütün Avropanı hədələyir”, – siyasətçi bildirib.

Mema Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini təhlükəli və əsassız adlandırıb. O, nüvə obyektində baş verəcək hər hansı insidentin dağıdıcı nəticələri olacağını vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!