2 May 2024 / 04:41

AVROPADA DA GÜRCÜSTANDA BAŞ VERƏNLƏRDƏN CİDDİ NARAHATLIQ VAR

“Gürcüstan yol ayrıcındadır – o, Avropaya doğru yolda qalmalıdır”.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X”dəki hesabında yazıb. “Mən Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tbilisi küçələrində baş verən zorakılığı pisləyirəm. Gürcü xalqı öz ölkəsi üçün Avropanın gələcəyini istəyir. Gürcüstan yol ayrıcındadır. O, Avropaya doğru yolda qalmalıdır”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!