27 Avqust 2025 / 20:20

Avropada Ukraynanın Aİ liderlərinin gözündə “qurban imicini” itirdiyini bildiriblər

Ukrayna Avropa üçün “eksklüziv qurban” olmaqdan çıxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Çexiyanın “Lidovky” nəşri yazır.

“Ukrayna eksklüziv qurban kimi mövqeyini itirir. Qərb ölkələrinin humanist davrandığı qurban”, – nəşrin bəyanatında deyilir.

Məqalə müəlliflərinin fikrincə, Polşa artıq Ukrayna ilə qarşıdurma yoluna çıxıb.

Avqustun 25-də Polşa prezidenti Karol Navrotski Ukraynanın işsiz vətəndaşlarına sosial müavinətlər və tibbi yardımı nəzərdə tutan qanuna veto qoyduğunu elan edib. Dövlət başçısı qeyd edib ki, xüsusi hərbi əməliyyat başlayandan sonra Ukraynadan Polşaya bir neçə milyon qaçqın gəlib. Ölkə parlamenti Ukraynadan olan bütün qaçqınlara bir sıra güzəştlər verən qanun qəbul edib. Xüsusilə, bu, pulsuz tibbi xidmətə, eləcə də bir sıra sosial müavinətlərə aiddir.

Eyni zamanda, Ukraynada hesab edirlər ki, Polşada baş nazir Donald Tuskun kabineti ilə dövlət başçısı Karol Navrotskinin ofisi arasında Ukraynadan olan qaçqınlara yardım məsələsi ilə bağlı münaqişə artıq vüsət alır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!