Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Avroviziya 2024”ün isveçrəli qalibi Nemo qazandığı büllur mikrofonu geri qaytarıb.
Tezadlar.az xəbər verir ki, ifaçı bununla bağlı sosial media hesabında məlumat yayıb.
“Keçən il mən “Avroviziya”nı qazandım və mənə bu kubok təqdim olundu. Hər şeyə görə sonsuz dərəcədə minnətdar olsam da, artıq bu mükafatın mənim rəfimə aid olduğunu hiss etmirəm.
“Avroviziya” deyir ki, o, birlik, əhatəlilik və hər kəs üçün ləyaqət dəyərlərini təmsil edir. Bu dəyərlər bu müsabiqəni mənim üçün mənalı etmişdi. Lakin BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının soyqırımı kimi qiymətləndirdiyi bir dövrdə İsrailin müsabiqədə iştirakını davam etdirməsi Avropa Yayım İttifaqının (AYİ) qərarları ilə bu ideallar arasında açıq bir ziddiyyət olduğunu göstərir”,- deyə Nemo bildirib.
Qeyd edək ki, Niderland, İspaniya, Sloveniya, İrlandiya və İslandiya İsrailə görə yarışda iştirak etməyəcəklərini açıqlayıblar.