Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Yanvar 2026 / 02:33

Avstriya kansleri Netanyahu ilə görüş üçün İsrailə səfər edəcək

Avstriya Kansleri Kristian Ştoker növbəti həftə İsrailə ikigünlük səfər edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, K.Ştoker İsrailə bazar günü axşam yola düşəcək. Bazar ertəsi o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək, həmçinin Prezident İsxak Hersoqla danışıqlar aparacaq.

Kansler, həmçinin “Yad Vaşem” Holokost memorial kompleksini ziyarət edəcək.

K.Ştoker səfərinin ikinci günündə ikili İsrail və Avstriya vətəndaşlığına malik olan azad edilmiş girov Tal Şoxamla birgə ölkənin cənubunda yerləşən Nir-Oz kibbutzuna gedəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!