Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün Pakistanın Pəncab əyalətində iki avtobusun iştirakı ilə baş verən qəzada azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə polisə istinadən Sinxua agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hadisə M-5 şəhərlərarası avtomobil yolunun Rəhim-Yar-Xan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus təkərin partlaması nəticəsində aşıb, daha sonra digər avtobus və yolsuzluq avtomobili ona çırpılıb. Yaralılar xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.
E.ŞİRİNOV