4 Yanvar 2024 / 06:13

AVTOMOBİLİ SƏRXOŞ İDARƏ EDƏN, HƏM DƏ DYP-YƏ TABESİZLİK GÖSTƏRƏN SÜRÜCÜ HƏBS EDİLİB

Ötən gecə saat 01:50 radələrində “Range Rover” markalı, 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Adil Mayıl oğluna

paytaxtın Ü.Hacıbəyli küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə yol-patrul xidməti əməkdaşı tərəfindən “saxla” işarəsi verilib, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

TEZADLAR.AZ xəbər verir ki, görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.

Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev inzibati qaydada həbs edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!