Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu dəqiqələrdə Xətai rayon Prokurorluğunun qarşısında daha bir dəhşətli yol nəqliyyat hadisəsi baş verdi… Baş yol ilə köməkçi yolun fərqini bilməyən sürücülərin idarə etdiyi bahalı avtomobillərdən biri zərbənin təsirindən Xətai rayon Prokurorluğunun qarşısında arxası üstə aşıb qaldı… Hadisə yerinə iki təcili yardım maşını gəldi… Təəssüflər olsun, ərazi Polis şöbəsi PPX-nin özünü təqdim etməyən serjantı əməkdaşımızın peşə fəaliyyətinə birbaşa müdaxilə edərək videokamerasının yaddaşındakı kadrları silməyi tələb edib… Ona”Media haqqında” Qanunun təıəbləri başa salınsa da o, jurnalistin üstünə qışqırıb, onu təhdid edib…
XXX
Xatırladırıq ki, iki həftə əvvəl də oxşar yol nəqliyyat hadisəsi baş vermişdi və avtomobillərdən biri hasardan aşıb prokurorluğun həyətinə girmişdi…
Elçin Məmmədli

