Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 23:29

Aygün Kazımova mənə doğmadır

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Xalq artisti Aygün Kazımova ilə bağlı açıqlamalar verib.

Tezadlar.az xəbər verir ki, bəstəkar Kazımovanın ad günündə jurnalistlərin suallarını cavablandırarkən bunları söyləyib:

“Mən Aygünün az qala atasıyam. İlk addımlarından onun yanında olmuşam. Aygünün yaradıcılığını onun 17-18 yaşından bu günə qədər izlədim, ona yardım etdim, yanında oldum. Hətta bəzi hallarda şəxsi həyatında da rol oynamışam. Buna görə də Aygün mənə doğmadır. Müğənnilikdən başqa, insani tərəfdən də doğma xanımdır. Aygün Kazımova müasir estradasının ən önəmli fiqurlarından biridir. 80-ci illərin sonundan 90-cı illərin əvvəlindən bu günə qədər əyləncəli musiqinin modasını, tərzini müəyyənləşdirir, həm repertuarında, həm də səhnə həyatında”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!