28 Avqust 2025 / 11:30

AYNA-nın daha bir velosiped zolağı ləğv edilir- “TƏZADLAR” YAZMIŞDI…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin onsuz da Sovetlər dövründə və hətta ondan da əvvəlki keçmiş illərdə çəkilmiş, genişləndirilməmiş yollarını daraldıb velosiped, BUS və parklamalara ayırmasından çox yazılır. Hətta parlament səviyyəsində bu əsassız və qanunsuz, paytaxt küçələrində tıxaclara gətirib çıxaran məlum daraltmalar qınanıb. Amma nə fayda!

***

Lakin bu gün Məmməd Rahim küçəsində gördüklərimiz belə deməyə əsas verir ki, deyəsən, həm də “Təzadlar”ın çıxışından sonra nəticə görünməkdədir…

Xatırladaq ki, bir müddət əvvəl yazmışdıq, Bakıda Hüseyn Cavid prospekti ilə Məmməd Rahim küçəsinin kəsişməsindən sağa- “Azərbaycan” nəşriyyatına gedən yolun üstündə həm Milli Ensiklopediyanın, Memarlıq və İnşaat Universitetinin, həm də BDU- nun əsas girişi yerləşdiyi halda, AYNA bu dar yola da əl qoymuşdur. M.Rahim küçəsindən Mətbuat prospektinə çıxış olduğundan bu küçədə avtomobillərin sıxlığı daim qaçılmazdır. Amma və lakin… AYNA məmurlarından kimsə fikirləşib ki, M. Rahim küçəsində iki universitet və bir restoran, kafe və s. yerləşdiyindən, parklama ilə bu ərazidə əməllicə qaz vurub qazan doldurmaq olar. Tələbələrdən daxil olan şikayətdən sonra həmin vaxt ərazidə müşahidə aparmışdıq.  Təsəvvür edirsinuzmi, universitlərə gələn müəllimlər, tələbələr avtomobildən düşmək üçün bütün yol boyu hərəkət dayanmalıdır, çünki sol parklamadır, sağ isə velosiped zolağı! Və nə qədər naşı mütəxəssis olmalısan ki, onsuz da avtomobil sıxlığı ilə diqqəti çəkən və cəmi 3 zolağı olan bu yolu 70 faiz daraldıb daha da dar edərək cəmi bir zolağı nəqliyyat vasitələrinə saxlayacan. Burada yolun bir zolağı isə, təkrar edirik, olmayan velosipedçilərə, birini də AYNA- nın parklama siyasətinə qurban vermişlər.

***

Bu gün həmin əraziyə təsadüfən baş çəkdik. Məlum oldu ki, birtərəfli olan və bir istiqamətli M.Rahim küçəsi təmirə dayanıb. Təsəvvür edin, dərslərin açılmasına iki həftə qalmış velosipedləşmə və parklama  siyasətinə qurban verilmiş bu küçədə indi velosiped xətləmələri ləğv edilir… Ərazidə çalışan fəhlələrin biri əməkdaşımıza bu barədə gileylənib… Fərqli mütəxəssis olmadığından əlavə məlumat ala bilməsək də, fakt göz qabağındadır…

Bu qədər əziyyət çək, yolu daraldıb sürücülərə zülm elə, bahalı “kraska”nı yola səp, indi də ləğv etmək üçün yolu bağla…

Başqa nə deyəsən…

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!