23 Sentyabr 2025 / 16:23

AYNA rəhbərindən taxsi qadağası: Bakı taksisi Bakıda, Şəki taksisi də Şəkidə!

“Qanunvericilikdə göstərilib ki, bir şhərədə olan taksi gəlib digərində xidmət göstərə bilməz”. Tezadlar.az  xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev keçirdiyi brifinqdə belə deyib. Sədr bir daha vurğulayıb ki, qanunvericiliyin tələbi belədir və mütləq tətbiq edilməlidir. Sitat: “Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri gəncədə xidmət göstərməlidir. Bu qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır”.
Sual olunur: indi hamı Bakıya qazanc meydanı kimi baxır. Belə tətbiq reallaşsa, sürücülər taksi maşınlarını kütləvi surətdə Bakıda qeydə aldırmağa can atmayacaqmı?
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!