Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tezadlar.az xatırladır ki, Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov 31 mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib. O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək şərqdə ilk demokratik respublikanın devrilməsi üçün ciddi hazırlıqlar görən rus bolşeviklərinə yaxından köməklik göstərmişdi. O, Azərbaycan qadınlarını “qırmızı ordu”ya, yəni rus əsgərləri üçün alt paltarı tikmək və yamamağa məcbur edirdi.
Qayıdaq Ayna Sultanovanın heykəlinə: Bu heykəl Binəqədi rayonu ərazisində, Ziya Bünyadov prospektində yerləşir, adına olan küçə isə Yasamal rayonunda-Hüseyn Cavid Prospekti ilə kəsişmədədir… Tarixin ironiyasıdırmı: 1937-ci ildə Hüseyn Cavidə qarşı qəzəb və nifrəti azmış kimi, indi bu dünyada da onun adına olan kücə Hüseyn Cavidin adını daşıyan prospektlə tin-tinə, göz-gözədir!
A.Məmmədli
