Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müğənni Aynur Dadaşovanın evində xeyir iş olacaq.
Tezadlar.az xəbər verir ki, sənətçi dünyasını dəyişən bacısının qızına toy edəcək. Bu haqda Aynur “Öz aramızda” proqramında danışıb. O bildirib ki, nişan gələn ilin aprelində planlaşdırılır:
“O mənim böyük qızımdır. Ailələrimiz bir-birini tanıyıb, bəyənib. Gözəl, alicənab insanlardır. Onun ailə qurmasına qarışmaram. Hansı zəmanədə yaşayırıq? Gənclər özləri bir-birini bəyənib, seçib. Qızımın 19 yaşı tamam olub, 20 yaşa keçib”.
Qeyd edək ki, Aynurun 2 övladı var. İfaçının bacısı bir müddət əvvəl xərçəngdən dünyasını dəyişib.