22 Avqust 2025 / 22:27

Ayxan Cavadov U-20 dünya çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Tezadlar.az apasport.az saytına istinadla xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.

Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.

Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!