26 Dekabr 2023 / 11:24

AZƏRBAYCAN FRANSA SƏFİRLİYİNİN İKİ ƏMƏKDAŞINI “PERSONA-NON-GRATA” ELAN EDİB

Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərinə görə “persona-non-grata” elan edilib və onlara 48 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Boyon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirinin diqqətinə çatdırılıb ki, Fransa səfirliyinin iki əməkdaşı Azərbaycan hökuməti tərəfindən qeyri-qanuni fəaliyyətə görə “persona-non-grata” elan edilib. Diplomatik statusa uyğun və Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına zidd olaraq, “bu şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb olunub”, – bəyanatda deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!