Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ölkədə bu ilin yanvar-oktyabr aylarında 22 439,7 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8,1 faiz və ya 1 691,5 ton üstələyir.
Qeyd edək ki, ölkəyə yağ idxalı da azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həm miqdar, həm də dəyər ifadəsilə azalıb.
Belə ki, 2023-cü ilin 9 ayında Azərbaycana 67 milyon 193 min dollar dəyərində 12 min 49 ton kərə yağı idxal olunub. 2022-ci ilin 9 ayında Azərbaycana 80 milyon 960 min dollar dəyərində 14 min 26 ton kərə yağı idxal olunmuşdu.
JASMİN