28 Yanvar 2024 / 05:10

AZƏRBAYCANDAN RUSİYAYA DOST YARDIMI- 612 MİN YUMURTA!

Rusiyanın Ukraynaya qarşı müharibəsi hər iki ölkənin iqtisadiyyatına ciddi zərbə vurub…

Vaxtilə Ukrayna vı Rusiyadan Azərbaycana kənd təsərrüfatı məhsulları gələrdisə, indi əksinədir. Məsələn, ötən gün Azərbaycan Rusiyaya  612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib və yola salınmaqdadır.  Tezadlar.az Ria-Nobosti- yə isyinadla xəbər verir ki, bu barədə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Sitat: “Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün idxal edilib”, – məlumatda qeyd olunub. Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.

“Yanvarın 27-nə Azərbaycandan Rusiyaya 5,2 milyon ədəd ərzaqlıq yumurta idxal edilib”, – qurum açıqlayıb. Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına ərzaq yumurtası ixracına başlayıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!