Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gecə saatlarında Marneuli bələdiyyəsinin Şulaveri və Daştəpə kəndlərində bir neçə evin damı daşa basılıb…
Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, kənd sakinləri bu barədə məlumat veriblər. Sakinlərin sözlərinə görə, Şulaveridə axşam saatlarında evlərdən biri daşlandıqdan sonra ev sahibi evin həyətindən bir nəfərin qaçdığını görüb. Daştəpə kəndində isə asvalt məhəlləsi deylən ərazidə evlər daşa tutulub. Kənd sakinləri bundan sonra kəndin küçələrinə çıxaraq axtarış etsələr də, lakin heç bir nəticə əldə edə bilməyiblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.
Məlum olur ki, son bir aya yaxındır Marneuli şəhəri də daxil olmaqla Bələdiyyənin Kürüstü Kəpənəkçi, İlməzli, Birinci və İkinci Kosalı, Qaçağan, Təkəli, Araplı, Təzəkənd, Ağməmmədli və digər bir neçə kəndlərində naməlum şəxs və ya şəxslər evlərə hücum etməyə cəhd göstərir, pəncərələri döyür, evlərin damını daşlayırlar. Yerli sakinlərin şübhələri bölgədə yaşayan ermənilərə ünvanlıdır. Polis bu faktı araşdırmaqdadır…
A.Məmmədli