Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gecə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Sankt-Peterburqdan Bakıya uçuş zamanı texniki səbəblərdən geri dönərək Pulkovo hava limanına məcburi eniş edib. Tezadlar.az “Ria Novosti”yə istinadla bildirir ki, təyyarə bu gecə saat 03:40-da təhlükəsiz şəkildə eniş edib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından kənarına çıxıb, lakin sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Enişin səbəbi şassinin sıradan çıxması olub və buna görə Bakı reysi müvəqqəti olaraq Pulkovo hava limanına enməyi tələb edib. Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib. Bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib. Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur. Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib. AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir.
Təyyarənin texniki nasazlığı aradan qaldırılıb. Lakin nədən uçuş öncəsi şassinin texniki yoxlanışı diqqətdən kənarda qalıb, yaxud səthi yoxlanılıb?
Araşdırma aparılır.
A.Məmmədli