Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Oktyabr 2025 / 20:43

Azarkeşlərə Avropa Liqasında Aston Villa – “Makkabi” matçına gəlmək qadağan edilib

İsrailin “Makkabi Təl-Əviv” klubunun azarkeşləri Avropa Liqasının 2025/26 mövsümünün əsas mərhələsində Böyük Britaniyanın “Aston Villa” klubu ilə noyabrın 6-da Birmingemdə keçiriləcək oyuna gəlməkdən kənarlaşdırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Atheltic” məlumat yayıb.

Təhlükəsizlik Məsləhət Qrupu (SAG) İsrail klubunun azarkeşlərinin təhlükəsizliklə bağlı bir sıra amillərə görə Villa Parkda keçiriləcək oyuna gələ bilməyəcəklərini bildirib.

Nəşr əlavə edib ki, Böyük Britaniyanın baş naziri Keir Starmer artıq qərarı tənqid edib. Bununla belə, britaniyalı təşkilatçılar Birmingemdə Fələstin tərəfdarlarının çoxluğu səbəbindən kütləvi iğtişaşların baş verə biləcəyindən ehtiyat edirlər.

Böyük Britaniyanın mədəniyyət katibi Yan Murrey jurnalistlərə açıqlamasında məsələnin hələ tam həll olunmadığını bildirib. O, mədəniyyət üzrə dövlət katibi Lisa Nandy-nin problemin həlli yollarını araşdırmaq üçün oktyabrın 17-də Daxili İşlər Nazirliyi və digər maraqlı tərəflərlə görüşəcəyini paylaşıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!