19 Sentyabr 2025 / 10:51

“Azərbaycan anti-terror əməliyyatında da humanizmə xüsusi üstünlük verdi”

2023-cü il sentyabrın 19-da Azərbaycanın öz suveren hüquqları və eləcə də beynəlxalq konvensiyalara uyğun olaraq özünün ayrılmaz hissəsi olan Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində bu gün Dövlət Bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanmaqdadır. 44 günlük Şanlı Vətən Savaşından sonra imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.
Tezadlar.azxəbər verir ki, bu barədə  deputat Vüqar Bayramov sosial media hesabındakı paylaşımda bildirib.
“Azərbaycan anti-terror əməliyyatında da humanizmə xüsusi üstünlük verdi. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə aparılan antiterror əməliyyatı nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməsi və mülki əhali qorunması ilə bağlı ciddi tapşırıq verilmişdi. Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu və qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi. Bu təbii ki, humanizmin Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən olduğunu bir daha göstərirdi.
Cəmi 23 saat 43 dəqiqəlik anti-terror əməliyyatları nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Anti-terror əməliyyatları nəticəsində Azərbaycan MDB-də münaqişələrə məruz qalan dövlətlər arasında ərazi bütövlüyünü və suverenlyini tam bərpa edən ölkə oldu.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”, – deyə deputat qeyd edib.
Xatırladaq ki, 2023-cü il sentyabrın 18-də ermənilərin yol üzərin­də yerləşdirdiyi minalardan 6 Azərbaycan vətəndaşı öz həyatını itirdi. Əvvəlcə Avtomo­bil Nəqliyyatı Agentliyində çalışan iki nəfər Azərbaycan vətəndaşı Xocavənd rayonunda, sonra isə Daxili İşlər Nazirliyinin dörd əmək­daşı həmin rayon ərazisində mina qurbanı ol­dular. Sentyabrın  19-da isə saat 11:45 ra­dələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri  Ermə­nistan silahlı qüvvələrinin bölmələri tərəfin­dən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu və bu atəş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu yaralandı. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfi imzaladığı Üçtərəfli Bəyannamənin müddəalarına əməl etmir və Azərbaycana qarşı torpaq iddialarında əl çəkmirdi. Və son baş verənlərdən – Ermənistan SQ-nin həmlələrindən sonra 19 sentyabr 13.00 radələrində  Azərbaycan antiterror əməliyyatına başladı.
Antiterror əməliyyatının başlamasından saat yarım sonra Azərbaycan Respublikası Müdafiə Nazir­liyinin ilk məlumatı açıqlandı və bildirildi ki, yalnız legitim hərbi obyektlər və hərbi infras-truktur dəqiq silahlarla hədəfə alınır və sıra­dan çıxarılır.Yaşayış məntəqələri yaxınlığın­da erməni atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmasına və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək ver­məməsinə çağırış edildi. Eyni zamanda, əhali­nin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamət­lərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılması da Müdafiə Nazirliyi tərəfindən bəyan edildi.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!