Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Fevral 2025 / 12:41

Azərbaycan “Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi”nə üzv qəbul edilib

NATO Müttəfiq Transformasiya Komandanlığında Azərbaycan, Portuqaliya, Rumıniya, Türkiyə və Yunanıstan nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tezadlar.az xəbər xəbər verir ki, tədbirdə ölkəmizin ilk dəfə “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (DGMM/MARSEC COE) mərkəzinə üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanıb.

Sözügedən mərkəzin əsas fəaliyyət istiqaməti üzv ölkələrin dəniz təhlükəsizliyinin təmin edilməsi üçün iştirakı, eləcə də digər ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır.

İmzalanmış texniki razılaşma sənədinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcəkdir.

Bu tənzimləmə sənədinə uyğun olaraq, NATO-nun “Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi”ndə (DGMM/MARSEC COE) Azərbaycan bayrağı dalğalanacaq və burada ölkəmizin bir təmsilçisi daimi fəaliyyət göstərəcək.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!