Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqilliyinin elan edildiyi Milli Gənclər Sarayının binasının təmir-bərpadan sonra açılışı olub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, mərasimdə Baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və digər rəsmi şəxslər iştirak ediblər. İ.Kobaxidze çıxışında bildirib ki, saray Gürcüstanın demokratik tarixini özündə qoruyub saxlayır: “Bu bina ölkəmiz üçün bir çox nəsil yetişdirib – bu saray bizim demokratik tariximizi qoruyur. Məhz burada birinci Respublikanın hökuməti yerləşmişdi, burada Gürcüstanın müstəqilliyinin bərpası elan olunmuşdu və Gürcü parlamentalizminin təməli qoyulmuşdu”, – deyə Kobaxidze vurğulayıb.
Baş nazir qeyd edib ki, tarixi abidələrin bərpası Tbilisi meriyasının proqramının əsas hissələrindən biridir və Milli Gənclər Sarayının restavrasiyası bu mühüm proqramın davamıdır. Xatırladaq ki, hazırda Milli Gənclər Sarayı kimi fəaliyyət göstərən binada 1918-ci ilin may ayında ard-arda Azərbaycan, Gürcüstan və Ermənistan öz müstəqilliklərini elan ediblər.