13 Oktyabr 2025 / 10:15

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş başlanıb

Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilir.

Tezadlar.az xəbər verir ki,  Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.

Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!