Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 16:27

Azərbaycan Kinematoqrafçılar İttifaqında Rasim Balayevin yerinə o seçiləcək-TƏCİLİ

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin qırx mərasimindən sonra baş tutacaq. Bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib. Qeyd edilib ki, o vaxta kimi təşkilati məsələlərlə bağlı heç bir addım atılmayacaq: “Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katiblik həll edir. Qırx mərasimindən sonra təşkilati addımlar atılacaq və nizamnaməyə görə sədr Ümumi qurultayda seçiləcək”.

Lakin tezadlar.az-a daxil olan məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru, filoloq alim, tanınmış konoşünas və yazıçı, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Akif Əlinin seçilmə şansı daha böyükdür. Mənbə tezadlar.az-a bildirib ki, bu barədə ən uyğun və şanslı şəxs də odur: “İdarə Heyətinin olduqca tanınmış, sahəni yaxşı bilən kinoşünaslar var… Onların bir-bir adını da çəkə bilərəm. Cəmil Quliyev, Mir-Qasım Oktay, Ramiz Mirzəyev, Eldəniz Quliyev və başqaları… Lakin bütün nüansları nəzərə alsaq, yaş, təcrübə və peşəkarlıq, reallıq… baxımından hesab edirəm ki, ən uyğun olanı Akif Əlidir… Hər halda, seçki əsasdır və öz sözünü deyəcək…”.

SƏBUHİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!