Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb. Tezadlar.az xatırladır ki, qadınlardan ibarət yığmamız yarımfinalda İspaniya seçməsi ilə üz-üzə gəlib. Komanda rəqibini 12:17 hesabı ilə məğlub edib.
Qeyd: Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.