İyulun 29- da Pirşağı çimərliyində 8 yaşlı uşağı xilas edərkən həlak olan polis serjantı Rüfət Cabbarov “Azərbaycan” nəşriyyatında mühafizə polisinin əməkdaşı idi. İndi onu tanıyanlar Astaranın Siyakü kəndində anadan olan polis serjantı Cabbarov Rüfət Adil oğlunun qəhrəmanlığından danışır. 1994-cü il təvəllüdlü Rüfət Cabbarov mühafizə polisində çalışırdı. O, Pirşağı çimərliyində səkkiz yaşlı uşağın boğulduğunu görüb, onu xilas etməyə çalışıb. 2017-ci il təvəllüdlü Arif Rüstəmovu xilas edə bilməyən Rüfət Cabbarov özü də dənizdə batıb. Həlak olan polis serjantı Rüfət Cabbarov ailənin tək oğlu olub. Ailəli idi, 2 övladı var.
Allah rəhmət eləsin, yaxınlarına səbr versin!
Şəxsən tanıyırdım. Çox mülayim, sakit və işinə diqqətcil bir gənc idi! Təəssüflənməkdən başqa çarəmiz yoxdur!
A.Məmmədli