20 İyul 2025 / 19:22

Azərbaycan nümayəndə heyəti Moskva tədbirində iştirakdan imtina etdi və…

“Azərbaycandan olan heyətin iyulun 18-də Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında iştirak etməməsinin müxtəlif səbəbləri ola bilər”. Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərlə söhbətində deyib:

“Orada iştirak edəcək şəxslərin şəxsi gündəliyindəki dəyişiklik, həmçinin başqa faktorların bu məsələyə təsiri də istisna deyil”, – o əlavə edib.

Səfərin baş tutmamasının 2024-cü ilin dekabr ayında AZAL təyyarəsinin vurulması ilə əlaqəli olub-olmamasına gəldikdə isə H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu məsələləri bir-birinə bağlamır: “Tədbir MDB çərçivəsində olan tədbirdir. Rusiya-Azərbaycan arasında olan məsələlərin isə buna aidiyyəti yoxdur”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!