3 Sentyabr 2025 / 16:37

Azərbaycan radiosunun binası sökülür – yerində yenisi tikiləcək

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

Tezadlar.az   xəbər verir ki,  radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək.

AzTV-nin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.

apa

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!