Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2025 / 15:36

Azərbaycan Sloveniyaya qaz tədarükünü artıra bilər – nazirlər müzakirə edib

Azərbaycan energetika naziri Pərviz Şahbazov Sloveniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.

Nazir enerji sahəsində ikitərəfli əlaqələrin, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının inkişafı kontekstində yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri üzrə səmərəli görüşün baş tutduğunu bildirib.

“Ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 faizini təşkil edən Azərbaycan qazının tədarükünün artırılması və yaşıl enerjinin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik”, – Pərviz Şahbazov qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!