Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Türkiyə və İsrail nümayəndələri mayın 8-də Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər…”. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib. Mənbələrin məlumatına görə, İsrail təhlükəsizlik sahəsində iki əsas tələbi səsləndirmək niyyətindədir: öz sərhədləri yaxınlığında qarşı tərəfin silahlı birləşmələrin mövcudluğunun istisna edilməsi, həmçinin İsrailin milli təhlükəsizliyinə təhdid yarada biləcək strateji silah növlərinin Suriyada yerləşdirilməsinə yol verilməməsi.
Təcili məsləhətləşmələrə ehtiyac İsrail və Türkiyə hərbi hava qüvvələri arasında Suriya hava məkanında birbaşa təmasın ilk qeydə alınmış hadisəsindən sonra yaranıb. Məlumatlara görə, cümə axşamından şənbəyə keçən gecə Türkiyənin F-16 qırıcıları İsrail aviasiyasının bir sıra hədəflərə, o cümlədən ehtimal ki, Türkiyə ilə əlaqəli obyektlərə kütləvi zərbələr endirdiyi zaman Suriya səmasına daxil olub.
Qeyd olunub ki, türk pilotları radioelektron mübarizə və rabitə sistemləri vasitəsilə İsrail HHQ-sinə “xəbərdarlıq siqnalları” ötürərək əməliyyat zonasında öz mövcudluqlarını bildiriblər.
Beləliklə, ehtimal olunur ki, Bakıda keçiriləcək danışıqlar regionun iki əsas ölkəsi arasında gərginliyin azaldılması və münaqişələrin qarşısının alınması mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addım olacaq. Halbuki Azərbaycanın siyasi rəhbərliyi bu imkanın yaradılması və əldə edilməsi üçün yetərincə səylər göstərmişdir. Gözləmək olar ki, nəhayət, bu dəfəki görüşün nəticəsi arzu edilənlərdən də yüksək olacaq.
A.Məmmədli