Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, “Araz-Naxçıvan”ın braziliyalı müdafiəçisi Bruno Franko müsahibəsində qeyd edib.
– Premyer Liqanın ötən turunda “Karvan-Yevlax” üzərində qazandığı 2:1 hesablı qələbə qazandız. Amma ilk hissədə 2:0 hesabı ilə üstün olduğunuz matçı az qala xal itkisi ilə başa vuracaqdız. Fasilədən sonra nə dəyişdi?
– Əslində, hesab 2:0 yox, daha artıq ola bilərdi. Lakin cəmi 2 şansdan yararlana bildik. “Qarabağ”a 0:6 hesablı yenilgidən sonra bizim üçün önəmli olan qalib gəlmək idi. Bunu bacardığımıza görə sevincliyik. Hansa məqamlarda səhv etdiyimizi, nələri düz etmədiyimizi təhlillər zamanı görəcəyik. Hələ ki, qələbəni doyunca yaşamağın vaxtıdır.
– 0:6-nı unudub bu oyuna psixoloji baxımdan hazır olmaq üçün nə etdiniz?
– Gələcəyə inamla baxaraq baş məşqçinin dediklərinə qulaq asdıq. Çempionat bir matçdan ibarət deyil. Uduzmuşuqsa, deməli nələrisə düz etməmişik. Bundan sonra eyni səhvləri təkrarlamamaqla daha yaxşını etməyə çalışmalıyıq. Ağlımızda ancaq bunlar idi.
– Andrey Demçenkonun gəlişindən sonra fərqli oyun fəlsəfəsinə uyğunlaşmaq məcburiyyətindəsiniz. Təxminən 2 ay geridə qalsa da, hələ də çətinlik çəkdiyiniz hiss olunur.
– Bu, normaldır. Birdən-birə köklü dəyişikliklərə getmək asan deyil. Uyğunlaşmaq və nəticəyə nail olmaq üçün zaman lazımdır. Məşqlərdə hər birimiz əlimizdən gələni edirik. Fikrimcə, hər ötən oyunda daha yaxşı görünürük. Bu şəkildə davam etməliyik.