“GDPR-dən sonra Avropada ən səlahiyyətli və külli-ixtiyar sahibi olan dövlət qurumu Fərdi Məlumatların Mühafizəsi Agentlikləridir. Bir neçə gündür ki, Zaqrebdə Avropa məkanında , xüsusilə də Xorvatiyada fərdi məlumatların qorunması (GDPR) təcrübəsilə tanış oluruq.
Avropa Şurasının dəstəyilə, dövlət qurumlarımızın nümayəndələrinin də iştirakı ilə reallaşan bu tədbirdə xeyli faydalı təqdimatlar, maraqlı məlumatlar əldə edirik, təcrübə mübadiləsi aparırıq.
Tezadlar.az xəbər verir ki, bunu
Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O qeyd edib ki, Xorvatiyanın Fərdi Məlumatların Mühafizəsi Agentliyinin (AZOP) istintaq, araşdırma, sanksiya tətbiq etmək, icrası məcburi olan göstərişlər vermək səlahiyyətləri var.
“İstənilən dövlət və özəl quruma və onların rəqəmsal sistemlərinə daxil olmaq səlahiyyətləri var. Dövlət və ya özəl qurum vətəndaşlardan ehtiyac olmadan daha çox fərdi məlumat toplayıbsa, qurumların informasiya sistemlərindən vətəndaşların fərdi məlumatları oğurlanıbsa və ya sızma olubsa, mənasız yerə sənədlərin kopiyaları toplanırsa və buna nəzarət yoxsa, qurumlara xidmət edən hansısa İT şirkətin məsuliyyətsizliyi ucbatında sızma olubsa, video müşahidə sistemləri ilə qeyri-qanuni məlumatlar toplanırsa milyonlarla cərimə sanksiyaları tətbiq edirlər.
Xorvatiyada istənilən bir qanun , qayda qəbul ediləndə bu qurumun rəyi məcburidir.
Belə anladım ki, əgər biz Azərbaycanda GDPR standartlarına uyğun qanun qəbul edə bilsək və onun icrasına nəzarət qurumu yaratsaq, bu, hətta xüsusi xidmətlərdən üstün ola biləcək”, – Osman Gündüz bildirib.
JASMİN