Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 min 886,4 ton kərə yağı istehsal edilib. Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır. Təkcə sentyabrın 1-nə ölkədə 202 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,9 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.
XXX
Kərə yağı ehtiyatının bu qədər olması heç də inandırıcı deyil. Çünki aidiyyəti dövlət qurumlarının araşdırmaları ilə saxta yolla kərə yağı istehsal edilməsi barədə məlumatlar da az deyil. Elədirsə, bəs niyə həmin istehsalçı müəssisələrin adı da açıqlanmır?
“Təzadlar”ın əməkdaşları saxta kərə yağı istehsalı ilə bağlı dəfələrlə araşdırma yazıları dərc ediblər… Bu günlərdə real fakt və maddi sübutlarla yayımlanan daha bir yazının linkini təqdim edirik.
Dəfələrlə deyilib ki, ölkədə vüsət alan ankoloji və ürək- damar xəstəliklərinin əsas səbəbi məhz sintetik- saxta yağlardır…
https://tezadlar.az/ucuz-yagdan-sorba-da-bi-si-ri-lm-z-daha-bi-r-saxtakarliq/
A.Məmmədli