Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən ilin bu dövründə ölkə ərazisində qızılca ilə bağlı risklər davam edirdi. Zaman-zaman uşaqlarla yanaşı, böyüklər də bu xəstəliyə yoluxurdu.
Hazırda ölkə ərazisində qızılca və suçiçəyi ilə bağlı faktiki vəziyyət necədir?
Tezadlar.az xəbər verir ki, bu barədə sorğuyaa cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son aylarda ölkə ərazisində qızılca xəstəliyi qeydə alınmayıb.
Qeyd edilib ki, qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri davam etdirilir.
“Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə, suçiçəyi xəstəliyinə yoluxma hallarında azalma müşahidə olunur”, – mərkəzdən bildirilib.