Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2025 / 11:03

Azərbaycanda yeni iş yerləri niyə azalıb?- PROFESSOR SƏBƏBDƏN YAZDI

Azərbaycan iqtisadiyyatının əsas göstəricilərindən biri də yeni iş yerlərinin yaradılmasıdır. Yəni, iş axtaranlarının sayı çox olan ölkədə ilbəil bu rəqəm artmağa doğru gedirsə, bu yaxşı əlamətdir. Əksinədirsə, deməli, hardasa problemlər var. Məsələn, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda da deyilir ki, Azərbaycanda 2019-cu ildə 192 min yeni işçi yeri yaradılmışdırsa, 2024-cü ildə bu rəqəm 91,7 min olmuşdur. İqtisadçı alim, Professor Saleh Məmmədov yazır: “…Bir neçə gün əvvəl əsas kapitalın ÜDM-də payının Azərbaycan tarixində ən aşağı səviyyəyə düçməsi haqqında yazmışdım (2025-ci ilin yanvar-aprel ayları ərzində – 10%). Bunun nəticəsindir ki, yeni yaradılan işçi yerlərinin sayı 2019-cu illə müqayisədə 2 dəfədən çox azalmışdır. Əgər 2019-cu ildə 192 min yeni işçi yeri yaradılmışdırsa, 2024-cü ildə 91,7 min işçi yeri qurulmuşdur, 2025-ci ildə gözlənilən rəqəm də bundan artıq olmayacaq. 2014-cü ildən etibarən yeni yaradılan işçi yerlərinin sayı günü-gündən azalır. Bu iqtisadi artıma ən böyük təsir gücünə malik amildir…”.

Bəzi mütəxəssislər bunu yeni texnologiyaların tətbiqi ilə izah edə bilər. Lakin əgər yeni texnologiya iş axtaran Azərbaycan insanını sosial problemlərlə, yəni işsizliklə, deməli, pulsuzluqla üz-üzə qoyursa, onda onun ölkə üçün əhəmiyyəti nədən ibarətdir? Axı yeni texnologiya əhalinin sosial rifahına xidmət etməlidir.

Beləliklə, Azərbaycanda aidiyyəti qurumlar, xüsusən də Nazirlər Kabineti son illər yeni iş yerlərinin iki dəfə aşağı düşməsinin səbəblərini araşdırmalı və tədbirlər görməlidir. Qarabağın vaxtilə işğaldan azad edilmiş ərazilərində möhtəşəm quruculuq işləri gedir. Yeni iş yerlərini niyə həm də həmin bölgədə yaratmayaq???

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!