Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.
TEZADLAR.AZ xəbər verir ki, fotoqraf mayın 25-i 70 yaşında dünyasını dəyişib.
B.Quliyev uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib. “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. 1990-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır.
2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır.
