Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2025 / 14:45

“Azərbaycanın dünyada lider mövqeyi media gündəmini ortaya qoyub”

“Azərbaycanın sürətli inkişafı ilə dünyadakı lider mövqeyinin güclənməsi, öz növbəsində, medianın gündəmini də zənginləşdirir…”.  Bu gün iyulun 8-də Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” konfransında iştirak edən Tezadlar.az-ın baş redaktoru Asif Mərzili bildirib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bu barədə nitqində söyləyib. Sitat: “…Medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərindəndir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Prezidentin Sərəncamında göstərildiyi kimi, Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib, bu yolda irəliləməkdəyik, səylərimizi birləşdirməkdəyik…”.

Ə.İsmayılov onu da deyib ki, vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq imkanının verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin edib: Sitat: “Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Heydər Əliyevin xatirəsi Azərbaycan mətbuatının tarixində, jurnalistlərin qəlbində əbədi yaşayacaq, media nümayəndələri bu böyük şəxsiyyəti həmişə qədirbilənliklə anacaqlar…”.

Natiq medianın keçdiyi yola nəzər salaraq digər məsələlərə də toxunub.

YASƏMƏN MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!