…Bakının Çəmbərəkənd ərazisində yerləşən rus qəbiristanlığında sadə və unudulmuş məzar var. Üstündə belə bir yazı həkk edilib: “Naqiyeva – Cankorova Yelizaveta Qriqoryevna”.
Bu məzarda dəfn edilən xanım vaxtilə Bakıda öz gözəlliyi və qiymətli daşlar, geyim və xeyriyyə işlərinə görə sayılıb seçilən biri olmaqla yanaşı Azərbaycanın ən varlı adamlardan birincisi, neft milyonçusu, adı Avropa və Asiyada tanınan Ağa Musa Nağıyevin ikinci qanunu həyat yoldaşı olmuş, Liza və Amal adı ilə yüksək dairələrdə tanınan yəhudi əsilli gürcü Yelizaveta Qriqoryevnadır. Cankarova onun ikinci həyat yoldaşı olan Bakı yəhudisinin soyadıdır. Birinci soyadı Naqiyeva olub.
Etibar Vəfa