Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İndiyə qədər Azərbaycandan Serbiyaya ümumilikdə 444,6 milyon kubmetr qaz ixrac olunub.
Tezadlar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşdə iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsi çərçivəsində enerji əməkdaşlığının əsas istiqamətləri – təbi iqaz, elektrik enerjisinin istehsalı, Yaşıl Enerji Dəhlizi, enerji səmərəliliyi və istilik təchizatı üzrə müzakirələr apardıq”, – nazir qeyd edib.