Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar təkcə iki ölkə arasında deyil, həm də Gürcüstan üçün də yeni imkanlar açacaq”.
Tezadlar.az Gürcüstanın İMEDİ TV-nin saytına istinadla bildirir ki, bunu Gürcüstana səfəri çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib. Sitat: “Ermənistan və Gürcüstan daim hər iki tərəfi narahat edən məsələlər üzrə açıq görüşlər keçirir. Əlbəttə, regional əməkdaşlıq barədə də danışırıq, çünki avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra faktiki olaraq təkcə Ermənistan-Azərbaycan xəttində deyil, eyni zamanda bu, dost Gürcüstan üçün də yeni imkanlar açacaq”.