6 Oktyabr 2025 / 20:53

Azərbaycanlı basketbolçular MDB Oyunlarının finalında ikinci oldular

Azərbaycanın qızlardan ibarət 3×3 basketbol millisi III MDB Oyunlarında gümüş medal qazanıb.

“Təzadlar”ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma finalda Rusiya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 19:13.

Beləliklə, qızlardan ibarət Azərbaycan millisi turniri gümüş medalla başa vurub.

Qızlardan ibarət 3×3 basketbol üzrə Azərbaycan milisi III MDB Oyunlarında finala vəsiqə qazanıb.

“Təzadlar”ın Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Özbəkistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 22:10. Komanda finalda Rusiya – Belarus cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!