Azərbaycanlı “həkim” Anar Rüstəmov Amerikaya 90 milyon dollarlıq kələk gəldiyi üçün axtarışa verilib… Araşdırmaçı jurnalist Elbəyi Həsənli bu barədə rəsmi mənbəyə istinadlı məlumat paylaşıb… Tezadlar.az xatırladır ki, həmin məlumatı işıqlandırmış portalda geniş şərh vardır. Sitat: “ABŞ-da inanılmaz dələduzluq sxemi ortaya çıxıb. Saxta tibbi şirkət quraraq dövlətin Medicare proqramından təxminən 90 milyon dollar çıxarılıb. Kağız üzərində xəstələr var idi, amma reallıqda yox idi. Tibbi avadanlıqlar göstərilib, amma heç vaxt çatdırılmayıb. Həkimlərin adından istifadə olunub, amma onların bundan xəbəri olmayıb.
İstintaqa görə, bütün sistem elə qurulub ki, mümkün qədər çox pul aşkarlanmadan əvvəl çıxarılsın.
Hazırda əsas şübhəli qaçır və axtarışdadır. Bu hadisə bir şeyi göstərir: sistem nə qədər böyük olsa da, boşluq varsa, onu kimsə mütləq istifadə edir. Məqalədə cinayətkarın kimliyi də qeyd olunub: Anar Rüstəmov”.
Bəs Anar Rüstəmov kimdir? Yazı dərc ediləcək. İnanılmaz fakt üzə çıxır…
“”Təzadlar”