22 Sentyabr 2025 / 16:26

Azercell abunəçiləri üçün yeni kampaniyaya start verdi – 3 aylıq

Azercell müştərilərinə gündəlik sifarişlərdə rahatlıq və daha əlverişli xidmət imkanları təqdim edən yeni kampaniyaya start verir.

Tezadlar.az  xəbər verir ki, kampaniya çərçivəsində abunəçilər 3 ay müddətində ödənişsiz “Wolt+” abunəliyindən faydalana biləcəklər.

“Wolt+” abunəliyi istifadəçilərə restoran və mağazalardan pulsuz çatdırılma, “take away” sifarişlərinə 10% endirim və eksklüziv təkliflərdən yararlanmaq imkanı verir, gündəlik sifarişləri daha səmərəli və rahat edir.

Kampaniyadan faydalanmaq üçün Azercell tətbiqində yerləşən “Wolt+” bannerinə klik edərək promo kodu aktivləşdirmək kifayətdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!