29 Sentyabr 2025 / 07:42

“AzerGold” kollektivi Anım günündə şəhidlərimizin xatirəsini yad etdi

 27 SentyabrAnım Günü, Vətən müharibəsininbaşlamasının 5-ci ildönümü ilə əlaqədarAzerGold” QSC onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC AzerBlast” MMC-nin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış 44 günlük Vətən müharibəsində parlaqqələbənin, xalqımızın göstərdiyi misilsiz qəhrəmanlığının şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər Parkını ziyarət ediblər. QSC- nin mətbuat xidmətindən “Təzadlar”a bildirilib ki, kollektiv qəhrəman şəhilərimizin xatirəsini yad edib, həmçinin xatirədaşının önünə gül dəstələri qoyub.

Eyni zamanda, “AzerGold” QSC-nin kollektivi Bakı Gəncə şəhərlərində QSC-nin Vətən müharibəsində şəhidolmuş əməkdaşları Muxtar Qasımlı Rauf Əsgərovun məzarlarını ziyarət ediblər. Ziyarət iştirakçıları şəhidlərinəziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarları önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Xatırladaq ki, “AzerGold” QSC- Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Füzuli rayonu, Təmir-tikinti energetika şöbəsinin Generator sahəsi üzrə rəisivəzifəsində çalışmış Rauf Əsgərov isə Füzuli Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Baş leytenant Muxtar Qasımlı 2020-ci ilin 2 oktyabr tarixindəFüzuli rayonunun Alxanlı, baş leytenant Rauf Əsgərov isə26 oktyabr tarixində Mərdinli kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik igidlik göstərdiklərinə görə Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Rauf Əsgərov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görəFüzulinin azad olunmasına görə”, Muxtar Qasımlı isəVətən uğrundaFüzulinin azad olunmasına görəmedalları ilə təltif edilib.

AzerGold” QSC onun törəmə şirkətləri Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların əziz xatirələrinə hörmət ehtiramını ifadə edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!