Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Ermənistanın Sünik rayonundan olan, azaraq Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə qarşı tərəfə təhvil verilib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti də bu faktı təsdiqləyib və daha sonra ətraflı məlumat yayacağını vəd edib.
Xatırladaq ki, Sünik rayonunun Tex icmasının sakinləri – 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər.

Sitat: “Двое армянских подростков из Сюникской области, заблудившихся и оказавшихся на территории Азербайджана, переданы армянской стороне, сообщил Sputnik Армения глава общины Тех Давид Гулунц. Эту информацию подтвердили и в Службе нацбезопасности, пообещав позже предоставить подробности. Ранее Служба национальной безопасности 6 июня сообщила, что несовершеннолетние жители села Тех — Карен Джангирян и Андрей Гягунц — неподалеку от села Аравус не смогли сориентироваться на местности и пересекли границу, оказавшись на азербайджанской стороне. Позже Следственный комитет Армении возбудил уголовное дело по статье “похищение””.
Ermənistan rəhbərliyi Azərbaycanın bu humanist addımından nəticə çıxarmalıdır. Belə hallar Ermənistan ərazilərində baş verəndə isə dumanlı havada azmış çobanı belə terrorçu kimi qələmə verərək cinayət işi başladırdılar.
A.Məmmədli