13 Mart 2026 / 12:32

Aztəminatlı uşaqlara məktəb üçün “Yeməkxana Kartı” veriləcək – xeyirxah əməlin sahibi isə…

Bu xeyirxah layihəyə isə Türkiyədə start verilib.

Belə ki, İstanbulda aztəminatlı uşaqlara 2000 TL-lik “Yeməkxana Kartı” veriləcək.

Bu barədə Türkiyə KİV-i xəbər paylaşıb.

Qeyd edilib ki, İstanbul Valiliyinin başlatdığı “Ürəkdən Bir Yemək” layihəsi çərçivəsində İstanbulda 20.000 uşağa məktəb yeməkxanalarında istifadə edə biləcəkləri kartlar veriləcək. Hər ay bu kartlara 2000 TL köçürüləcək. “Ürəkdən Bir Yemək” layihəsi İstanbul Uşaq Fondu tərəfindən Valiliyin himayəsi altında, İl Milli Təhsil Müdirliyi və Sosial Yardım və Həmrəylik Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihə, tədris ili ərzində İstanbulda Sosial Yardım və Həmrəylik Fondunda qeydiyyatdan keçmiş imkansız ailələrin uşaqları arasından seçilmiş şagirdlərə aylıq 2000 TL-lik “Ürəkdən Bir Yemək” dəstəyi verəcək.

Adı çəkilən layihənin məqsədi şagirdlərin məktəbə mənsubluq hisslərini gücləndirmək və küçədəki risklər ilə üzləşmədən təhsillərini davam etdirməsidir .

İlkin olaraq 20.000 ehtiyacı olan şagirdlə başlayan layihə, 100.000 şagirdin sağlam və balanslı qidalanmaya çıxışını təmin etməyi hədəfləyir.

“Ailələrin gəlir statusu sosial rifah fondlarımızda məlumdur. Bu uşaqlar şəffaf və obyektiv meyarlarla müəyyən ediləcək. Sistem aşağıdakı kimi işləyəcək; uşaqlarımıza kart verəcəyik. Kartları Xalq Bankımızın baş meneceri təqdim edir. Bu kartlara aylıq 2000 TL yatıracağıq.  Uşaqlarımız bu kartdan istifadə edərək yalnız məktəb yeməkxanalarında isti yemək yeyə biləcəklər. Bu şəkildə uşaqlarımız heç kimi incitmədən nahar edə biləcəklər. İqtisadi səbəblərə görə dərsdən yayınma problemini aradan qaldıracağıq”, – deyə İstanbul valisi Davud Gül bildirib.

Arzu edərdik ki, Azərbaycanda da belə layihələri həyata keçirən fondlar, RİH-lər olsun. Heç bir ailənin məktəbli övladı yeməklə imtahan edilməsin…

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!